XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 21:31

Sumqayıtda yataqxana binasında baş vermiş yanğından zərərçəkənlər üçünçadırlar quraşdırılır

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərindəki yataqxana binasında baş vermiş yanğından zərərçəkənlər üçün çadırlar quraşdırır.

Nazirlikdən Azərtac-a bildiriblər ki, xəbər verildiyi kimi, avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub. Yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.

Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.