XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 23:58

Kolumbiyada BMT missiyasına hücum olub –Yaralı var

Kolumbiyada naməlum silahlılar BMT-nin missiyasına hücum edib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, hadisə ölkənin qərbində, Kauka departamentində qeydə alınıb.

İnsident nəticəsində azı bir polis əməkdaşı yaralanıb.

Hücumun arxasında  “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və yaxud “Milli Azadliq Ordusu”nun (ELN) silahlılarının durduğu  ehtimal edilir. 

Qeyd edək ki, “Milli Azadlıq Ordusu” “Kolumbiya İnqilabi Silahlı Qüvvələri”ndən  sonra sayca ən iri üsyançı qruplaşmasıdır. Hər iki qruplaşma ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatları siyahısına salınıb. Ötən ilin sentyabrında Kolumbiya hökuməti ilə FARC arasında sülh müqaviləsi imzalanıb.

APA