Dekabrın 4-də Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı platformasında baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir.
Bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev dekabrın 12-də jurnalistlərə açıqlamasında deyib.
E.Mirzəyev bildirib ki, hazırda yanğının söndürülməsi və qəza nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin helikopterləri və təyyarəsi də cəlb olunub.