XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2015 - 09:38

Bazar gününün hava PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 5-7 , gündüz 8-13 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.