XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 12:44

Sabah hava necə olacaq?- PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 36-41° isti, Bakıda gecə 24-26° isti, gündüz 38-40° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti təşkil edəcək.

Avqustun 8-9-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət günəş altında qalmaq risklidir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.