XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 15:07

Hirkan Milli Parkında yanğın –Nazirlikdən açıqlama

Hirkan Milli Parkında yanğın başlayıb.

Hadisə parkın Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazidə yerləşən hissəsində baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, avqustun 7-də saat 13:00 radələrində Hirkan Milli Parkında yanğın başlayıb: "Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Yanğın baş verən ərazi yüksək dağlı ərazidə yerləşdiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əl əməyindən istifadə edərək yanğını söndürməyə çalışırlar".