Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin qızıl və gümüş medala layiq görülən məzunlarının adlarını açıqlayıb.
Nazirlikdən bildiriblər ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, XI siniflərin 154 məzunu qızıl medalla, 31 məzunu isə gümüş medalla təltif edilib.
Qızıl və gümüş medala layiq görülmüş məzunların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.
Qeyd edək ki, medala layıq görülən məzunların siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib/Azertac.