"Türkiyəyə əlimizi uzatmağa hazırıq, lakin bunun üçün Ankara mövqeyini dəyişməlidir".
Bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel yerli qəzetlərindən birinə verdiyi müsahibəsində deyib.
Qabriel Türkiyənin uzun müddətdir AB-yə üzv olmaq istədiyini, ancaq Avropanın dəyərlərinə görə hərəkət etməli olduğunu söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Qabriel Ziqmar Türkiyə-Almaniya arasında yaşanan gərginliklə bağlı açıqlama verib. O, Türkiyənin getdikcə demokratiyadan uzaqlaşdığını, edamın yenidən qüvvəyə minməsinin Avropa Birliyi ilə Ankara arasında bu günə qədər olan əlaqələrin sonu olacağını bildirib/Axar.az.