XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2017 - 19:32

Hirkan Milli Parkındakı yanğın lokallaşdırılıb –Nazirlikdən əhaliyə xəbərdarlıq + FOTO

Bu gün saat 13 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində başlamış yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının ciddi səyləri nəticəsində tam lokallaşdırılıb.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb:

"Hazırda közərən sahələrin söndürülməsi üçün  mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Qeyd edək ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün onun söndürülməsində çətinliklər yaranıb. Naməlum səbəblərdən baş vermiş yanğın təxminən 1 hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb".

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.