XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 19:50

“Şimali Koreyada hərbi ssenaridən uzaq durmaq lazımdır” –Lavrov

"Şimali Koreyada hərbi ssenaridən uzaq dayanmaq lazımdır".

Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri ilə görüşü zamanı deyib.

Lavrov nüvə silahlarının məhv edilməsi ilə yanaşı, bölgədəki digər problemlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-ın Dövlət Katibi Reks Tillersonla görüş zamanı da Lavrov ABŞ-ın Şimali Koreyaya olan münasibətinin gərginliyi artıracağını bildirərək, bunun qəbuledilməz olduğunu söyləmişdi/Axar.az.