XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 20:28

Kolleclərə qəbulun nəticələri açıqlandı –DİM-dən xəbərdarlıq

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Strateq.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma
faizi

Azərbaycan
bölməsi

Rus
bölməsi

Bölmələr
üzrə cəmi

Dövlət (ödənişsiz)

4279

3924

191

4115

96.17

Dövlət (ödənişli)

5063

4098

141

4239

83.73

Özəl

1125

631

18

649

57.69

Cəmi

10467

8653

350

9003

86.01

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.