XƏBƏR LENTİ

05 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 20:42

“Bizim Türkiyə Cümhuriyyətindən başqa dövlətimiz yoxdur” –Ərdoğan

"Bizim Türkiyə Cümhuriyyətindən başqa dövlətimiz yoxdur".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-çi deputat Ayxan Oğanın fikirlərinə münasibət bildirərkən deyib.

“Bu, AKP-nin şüarıdır: Tək millət, tək bayraq, tək dövlət, tək vətən. Türkiyə Cümhuriyyətindən başqa dövlətimiz yoxdur. Kim nə deyirsə, desin. Hamısı hekayədir. Mən sizə partiyanın və dövlətin başçısı olaraq şüarımızı söyləyirəm. Türkiyə Cümhuriyyətini daha güclü vəziyyətə gətirmək üçün çalışırıq. İnşallah bunu da bacaracağıq”, – Ərdoğan bildirib.

Qeyd edək ki, deputat Ayxan Oğan Ərdoğanın Türkiyədə yeni dövlət qurduğunu iddia etmişdi/Axar.az.