XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2017 - 22:07

İŞİD Livan sərhədini reaktiv raketlə vurdu –Gərginlik

İŞİD terrorçuları Suriya ilə sərhəddə yerləşən Livanın Əl-Kaa bölgəsini raket atəşinə tutub.

Bu barədə Livanın NNA agentliyi məlumat yayıb.

Terrorçuların sözügedən bölgəyə 3 reaktiv raket buraxdığı bildirilib.

Livan ordusu da öz növbəsində terrorçuların mövqeyinə cavab atəşi açıb.

Ölən, yaxud yaralılarla bağlı məlumat verilməyib/Axar.az.