XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 14:05

Bakı-Moskva aviareysinə biletlər ucuzlaşdı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni “Promo” tarifi üzrə Bakı-Moskva (Domodedovo) reysinə biletlərin qiymətini endirib.

AZAL-dan verilən məlumata görə, yeni tariflə Bakıdan Moskvaya aviabiletlər 122, əks istiqamətə isə 110 avrodur.

Biletlərin dəyərinə bütün rüsumlar, həmçinin qidalanma və 8 kq-dək əl yükü daxildir. Bir baqaj yerinin (23 kq-dək) qiyməti 25 avro təşkil edir. Bundan əvvəl biletlərin qiyməti bu tarif üzrə təqribən 295 manat idi.
Uçuşlar “Airbus A320” təyyarəsi ilə həyata keçirilir. “Promo” tarifi “AZAL Miles” bonus proqramına daxil deyil.

Trend