XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 23:54

İlin əvvəlindən Donbasda 341 dinc sakin ölüb və yaralanıb –ATƏT-dən hesabat

İlin əvvəlindən Ukraynanın Donbas bölgəsində hərbi münaqişə nəticəsində 341 dinc sakin həlak olub və yaralanıb.

Bunu ATƏT-in Ukraynada Xüsusi Monitorinq Missiyası (XMM) rəhbərinin müavini Aleksandr Huq bəyan edib.

“Yanvarın 1-dən hərbi münaqişə nəticəsində 341 dinc sakin həlak olub və yaxud yaralanıb. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 37% çoxdur”, deyə A.Huq bildirib.

BMT-nin hesablamalarına əsasən, 2014-cü ildən Ukraynanın cənub-şərqində davam edən silahlı münaqişə 10 mindən çox insanın həyatına son qoyub.

APA