XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 13:26

Türkiyədə zəlzələ oldu –5,1 bal gücündə

Türkiyənin cənub-qərbindəki Bodrum kurort şəhəri yaxınlığında Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlarla əlaqədar sakinlər yaşayış yerlərini tərk etməli olub.

Zəlzələnin episentri yerin 11 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində itkilər və dağıntıların olmadığı barədə məlumat verilir.

Xatırladaq ki, bu bölgədə bir neçə həftə əvvəl 6,6 bal gücündə zəlzələ baş vermiş, nəticədə iki nəfər həlak olmuşdu.