XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2017 - 14:55

“Qarabağ” – “Kopenhagen” oyununda yeni sistem tətbiq olunacaq –UEFA-nın tələbi ilə

UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnoloji sistem quraşdırılır.

Bu haqda Qol.az-a “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov məlumat verib.

“Goal line” adlanan bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq.

A.Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq.