XƏBƏR LENTİ

07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 15:33

Saakaşvili bu dəfə Litvadan mesaj verdi:“Qardaş Litvada olmaq hər zaman xoşdur" + FOTO

Polşanı tərk edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Litvaya getdiyi məlum olub.

Bu barədə o, “Facebook”da yazıb.

“Qardaş Litvada, xüsusən dostlar – Litvanın müstəqilliyinin əsasını qoyan Vitautas Landsbergis, hökumət üzvləri və prezidentliyə namizədlərin arasında olmaq hər zaman xoşdur. Mən Ukrayna və Gürcüstana verdikləri dəstəyə, eləcə də mənim vətəndaşlığımla bağlı tutduqları mövqeyə görə litvalılara təşəkkür etdim”, – deyə M. Saakaşvili bildirib/APA.