XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 19:20

“Mən mübarizə aparmasam, ukraynalılar özlərini aldanmış hiss edəcək” –Saakaşvili

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Litva vətəndaşlığı üçün müraciət etməyəcəyini bildirib.

O, bir müddət əvvəl məhrum edildiyi Ukrayna vətəndaşlığını bərpa etmək üçün mübarizə aparacağını bəyan edib.

M.Saakaşvili qeyd edib ki, o, vətəndaşlıqdan qanunsuz şəkildə məhrum edilib: “Bir çox ukraynalı qəzəblidir. Mən mübarizə aparmasam, onlar özlərini aldanmış hiss edəcək”.

Qeyd edək ki, bir müddət əvvəl litvalı millət vəkili M.Saakaşviliyə Litva vətəndaşlığının verilməsini təklif etmişdi/Trend.