XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 00:12

Bakıda mikroavtobus aşdı –Xəsarət alanlar var

Bakıda mikroavtobus aşıb.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb.

Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir.

3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır.

Faktla bağlı araşdırma aparılır.