Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi davam edir.
Azərtac-a xəbər verir ki, avqustun 9-da saat 11:00-a olan məlumata əsasən, 39 min abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib. Onlardan 35 min 425-i Azərbaycan, 3 min 575-i isə rus bölmələrində təhsil alacaq abituriyentlərdir. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı birinci ixtisas qrupu üzrə daha çox müşahidə olunub. Beləliklə, artıq 13 min 713 abituriyent birinci qrup üzrə ixtisasını seçib.
İxtisas seçimi avqustun 10-da başa çatacaq.