XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2015 - 11:06

Neftçalada 62 yaşlı qadın intihar edib

asdi

apa.az-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Kənd sakini, 62 yaşlı Sədaqət Əyyub qızı Əliyeva gecə saatlarında həyətlərindəki damda özünü asaraq intihar edib.

O, səhər saatlarında yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.