XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 21:55

“Qarabağ”-“Kopenhagen” oyununun biletləri nə vaxt satışa çıxarılacaq? –Açıqlama + Qiymətlər

Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, azarkeşlər avqustun 12-də saat 12:00-dan etibarən biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara 1-10 manat, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.