XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Avqust 2017 - 09:25

Türkiyədə yenə zəlzələ olub –4.0 bal gücündə

Türkiyənin Manisa vilayətində 4.0 bal gücündə zəlzələ baş verib.

“Anadolu” agentliyinin xəbərinə görə, yerli vaxtla saat 23:14-də qeydə alınan yeraltı təkanların episentri vilayətin Kırkağaç bölgəsində, ocağı isə 13,4 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, ötən axşam yerli vaxtla saat 19:55-də Muğla əyalətinin Bodrum şəhəri yaxınlığında 3,9 bal gücündə zəlzələ olub.

APA