XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2017 - 13:28

Etiraz edən güləşçilərin gecikmiş maaşları ödənildi –Rəsmi açıqlama

Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.

Bildirib ki, güləşçilərlə yanaşı milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçirmişdilər.