XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2017 - 13:51

Nazirlik polisə müraciət etdi –Yasamaldakı ağacların qırılmasına görə

Bakıda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının kəsilməsi faktı araşdırılır. 

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən dərhal araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.

Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.