XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2015 - 16:56

Pakistanda bomba hücumu

bomba-hucumu.jpg

Pakistanın Əfqanıstanla sərhəd Paraçinar şəhərindəki bazarda bomba partlayışı nəticəsində 15 adam həlak olub. Hücum 50-dən çox insanın yaralanmasına səbəb olub. ölənlərin sayının artacağı təxmin edilir.

Kürrəm vilayətinin siyasi administratoru Amcad Əli Xan bildirib ki, bomba bazarda bağlamada gizlədilib.

Pakistanın bu qəbilə bölgəsi islamçı yaraqlıların hücumlarına, habelə sünni və şiə müsəlmanların qarşıdurmalarına səhnə olub.

Son hücumun məsuliyyətini üzərinə alan olmayıb.