XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Avqust 2017 - 15:20

Havada tozun miqdarı sanitar normanı bir neçə dəfə keçib –Bakıda

Bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına istinadən xəbər verir ki, buna səbəb yer səthindən tozun havaya qalxması olub:

"Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib. Monitorinq nəticələrinə əsasən, tozun miqdarının artması lokal xarakter daşıyır".