XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2017 - 18:31

Nino Burcanadze Cənubi Osetiya və Abxaziyaya səfər etməyi planlaşdırır –Açıqlama

“Demokratik hərəkat – vahid Gürcüstan” partiyasının sədri Nino Burcanadze işğal altında olan Cənubi Osetiya və Abxaziyaya səfər etməyi planlaşdırır.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, əsas məqsədi yerli əhali ilə görüşməkdir. 

“Nino Burcanadze çıxışlarında bildirir ki, əsas prioritet abxaz və osetinlərlə birbaşa dialoq olmalıdır. O, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. Həmin bölgələrdə yaşayan insanlarla əlaqə bərpa olunmalıdır”, – deyə, partiyadan bildirilib.

Qeyd edək ki, N. Burcanadze 2001-2008-ci illərdə Gürcüstan parlamentinin sədri olub. Xanım siyasətçi Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır.

APA