XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

10 Avqust 2017 - 20:30

Azərbaycan və Rusiya gömrükçüləri arasında protokolu imzalandı –FOTO

Bu gün Ümümdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, görüşdə komitə sədrinin müavini Şahin Bağırovun və Rusiya Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin Gömrük nəzarətinin təşkili xidmətinin rəis əvəzi Konstantin Muruyevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

Ş.Bağırov iki ölkə arasında dəmir yolu vasitəsilə daşınan yüklər barəsində qarşılıqlı məlumat mübadiləsinin təşkili, məlumatların əvvəlcədən ötürülməsi məsələlərinə toxunub, bu sahədə aparılacaq səmərəli fəaliyyətin gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sürətləndirilməsinə fayda verəcəyini diqqətə çatdırıb.

Müzakirələr zamanı, həmçinin ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsullarının ünvanlarına vaxtında çatdırılması məqsədilə gömrük nəzarətinin operativliyinin vacibliyinə, eləcə də qarşılıqlı əməkdaşlıq əsasında görülən işlərə toxunulub.

K.Muruyev qeyd edib ki, görüşün gündəliyində duran məsələlər aktualdır və müzakirə ediləcək məsələlər əsasında aidiyyatı işlər həyata keçiriləcək.

Görüşdə sərhəd-gömrük keçid məntəqələrində meyvə-tərəvəz məhsulları daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmini, sərnişin, nəqliyyat vasitələri, mallara dair məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İclasın sonunda işçi görüşün protokolu imzalanıb.