XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Avqust 2017 - 21:27

Yəmən sahillərində 180 miqrantı suya atdılar –5 nəfər ölüb, 50-dən çox itkin düşüb

Yəmən sahillərində insan alverçiləri qayıqda apardıqları miqrantları açıq dənizdə suya atılmağa məcbur ediblər.

Trend-in məlumatına görə, 180 miqrant özünü suya atmalı olub.

Beynəlxalq Miqrasiya Təşkilatı hadisə zamanı 5 nəfərin həlak olduğunu bildirib. 50 nəfər isə itkin düşmüş hesab edilir.

Qeyd edək ki, analoji hadisə bir neçə gün əvvəl də baş verib. Həmin hadisə zamanı Efiopiya və Somalidən olan 120 miqrant suya atılmağa məcbur edilmişdi.

Qeyd olunur ki, insan alverçiləri mühacirləri müəyyən pul müqabilində qanunsuz olaraq daşıyırlar, sahildə polis tərəfindən ifşa olunacaqları barədə təhlükə duyduqda isə belə addım atırlar.