XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2017 - 22:04

Binəqədidə mağaza, aptek, gözəllik salonu və çay evinin yerləşdiyi binanın dam örtüyü yanıb –FOTO

Bakıda yanğın baş verib. 

Yanğın Bakının Binəqədi kəndində, bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərdiyi birmərtəbəli binada baş verib. 

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, nəticədə binanın dam örtüyü yanıb.

Yanğının söndürülməsinə 10-dək yanğınsöndürən maşın cəlb edilib. 

Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerində əməliyyat qərargahı yaradıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.