XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2015 - 07:10

ABŞ-ın Müdafiə naziri Türkiyəyə səfər edəcək

ABŞ-ın Müdafiə naziri Eş Karter bu gün Türkiyəyə səfər edəcək. 

report.az xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon başçısı İŞİD-ə qarşı mübarizə ilə bağlı ABŞ prezidenti Barak Obamaya hesabat verdikdən sonra Türkiyəyə yola düşəcək. 

Məlumata görə, Eş Karterin Türkiyənin Adana bölgəsində yerləşən İncirlik hərbi bazasına gedəcəyi, oradakı ABŞ hərbçiləri ilə görüşəcəyi gözlənilir. Onun Türkiyə rəsmiləri ilə görüşlər keçirəcəyi də istisna edilmir.