XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Avqust 2017 - 11:05

Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti mövsüm başlayır- Bu gün

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə start verilir.

Azərtac xəbər verir ki, mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası – Bakının “Neftçi” və Ağdamın “Qarabağ” komandaları qarşılaşacaq.

Baş hakim Əliyar Ağayevin idarə edəcəyi matç “Bakcell Arena”da keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.

Bu klublar bütün milli çempionatlarda iştirak ediblər. Səkkizqat ölkə çempionu olan paytaxt komandası son illər uğursuz çıxış edir. Ağdam təmsilçisi isə ardıcıl dörd mövsüm çempionatın qalibi olub və qızıl medallara yiyələnib.

Qeyd edək ki, ilk turun oyunları üç günü əhatə edəcək. Premyer Liqanın “İnter Arena”da keçiriləcək “İnter” (Bakı) – “Qəbələ” matçı avqustun 12-ə oynanılacaq. “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” görüşləri isə bir gün sonra təşkil olunacaq.