XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2017 - 13:10

Zakir Həsənov Moskvaya getdi –Rusiyanın müdafiə naziri  dəvət etdi

Avqustun 11-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları – 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.