XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 07:45

Xəsarət alan neftçilərin vəziyyəti – Xəstəxanadan açıqlama

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan, Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) müalicə alan neftçilərin vəziyyəti stabildir.

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva apa.az-a açıqlamasında bildirib ki, hazırda xəstəxanada 20 neftçi müalicə alır:

“Dekabrın 12-də ambulator müalicəyə göndərilən neftçilərdən bir neçəsi yenidən xəstəxanaya müraciət etdi. Faiq Cəfərov isə, müalicəsi başa çatdığına görə evə buraxılıb. ümumilikdə, neftçilərin vəziyyəti normaldır və onlar psixoloq müayinəsindən keçirlər. Heç kimin səhhətində pisləşmə yoxdur”.

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb