XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

11 Avqust 2017 - 16:26

“İçərişəhər” və “28 May” metro stansiyası gücləndirilmiş iş rejiminə keçəcək

“İçərişəhər” və “28 May” metro stansiyası gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Sahil” metro stansiyası təmir bağlanacağı üçün bu stansiyadan istifadə edən sərnişinlər “28 May” və “İçərişəhər” metro stansiyasına yönələcəklər. Bu proses tədris ili zamanı daha intensivləşəcək. Buna görə də hər iki stansiya fərqli qrafiklə işləyəcək. Sözügedən stansiyalar “Sahil” metro stansiyasından istifadə edəcək sərnişinləri də qəbul etmək gücündədir. Sıxlığın qarşısını almaq üçün “İçərişəhər” və “28 May” metro stansiyasında eskalatorların işlək vəziyyəti daha da artırılacaq.