XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

11 Avqust 2017 - 16:42

Ali məktəblərə qəbulla bağlı müsabiqənin nəticələri bu gün elan olunacaq

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib.

DİM-dən APA-ya verilən xəbərə görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.