XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Avqust 2017 - 17:17

Azərbaycanlı boksçu nazirliyin qarşısında özünü yandırmaq istədi: “Yaxın gəlsəniz, özümü yandıracağam” – VİDEO

Azərbaycanlı boksçu Emin İsmayılov təkbaşına aksiya keçirib.

 AZXEBER.COM-un məlumatına görə, idmançı Gənclər və İdman Nazirliyinin binası önünə benzin töküb və nazirliyə təkbaşına etiraz edib.

 İdmançı deyib: "3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə məni yaxınlaşsa, özümü yandıracam".

 Ərazidə olan polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb. Dostlarının dediyinə görə, 3 saatdan çoxdur ki, ondan xəbər yoxdur.  Qeyd edək ki, boksçu Emin İsmayılov bir neçə müddətdir ki, ciddi zədədən əziyyət çəkir. O dəfələrlə müalicəsi üçün nazirliyə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən də boksçu özünü yandıracağını deyib.

 O həmçinin qeyd edib ki, yaxın günlərdə özünü yandıracaq.