XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 Avqust 2017 - 21:29

İcra başçısından səhhəti haqda yayılan xəbərə reaksiya:"Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var?"

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yarandığı üçün təcili olaraq Almaniyaya aparıldığına dair xəbərlər yayılıb.

Strateq.az xəbər verir ki, Əhəd Abıyev Ölkə.az-a açıqlamasında yayılan informasiyanın doğru olmadığını bildirib.

"Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam? Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir”, – deyə, Ə. Abıyev söyləyib.