XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2015 - 12:56

“Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim?” – Dəyirmi Masa

Tedbir-Zaur-2.jpg

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim?” layihəsi çərçivəsində dekabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi Masa keçirib.

Tədbiri giriş sözü ilə açan birliyin İdarə Heyətinin rəhbəri Vüsalə Hüseynli   bildirdi ki, layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya daha yaxından tanıtmaq məqsədilə mətbu sözün təsir gücündən səmərəli istifadəyə nail olmaq, eləcə də Azərbaycan haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir:

“Bu məqsədlə bir qrup mətbuat nümayəndələri, gənclər, ictimaiyyət nümayəndələri ilə müxtəlif dəyirmi masalar keçirilmiş və bunun nəticəsi olaraq irəli sürülən maraqlı təkliflər əlaqədar qurumlara təqdim edilməsi nəzərdə tutulmuşdur”.

QHT sədri ictimai birliyin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin Gəncə şəhərində  gənclər və region mediasının nümayəndələri ilə  görüşünün nəticələri barədə də məlumat verib. O, vurğulayıb ki, 3 gün  müddətində hədəf qrupları arasında Dəyirmi Masa ətrafında müzakirələr aparılmış, abadlaşmış Gəncə ilə tanışlıq həyata keçirilmiş, bir sıra tarixi abidələrə baş çəkilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun əməkdaşı Rahu Qurbanova hər bir gəncin Azərbaycandan kənarda bir səfir statusunu daşıdığını vurğulayaraq, bu işdə gənclərin üzərinə daha çox iş düşdüyünü bildirib:

“Mən Almaniyada təhsil almışam, orada mənə Almaniya Bundestaqindan tutmuş bir sıra yerlərdən iş təklifləri gəlirdi. Ancaq mən öz dövlətimdə işləməyə üstünlük verdim. Düşünürəm ki, hazır beyinlər ölkəmizin inkişafına daha çox fayda verə bilər”.

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Afaq Nadirli Gənclər Fondunun tək gənclər təşkilatlarını deyil, eyni zamanda fərdi gənclərin də ideyalarını  dəstəklədiyini qeyd edərək, gənc media nümayəndələrini bu fürsətdən faydalanmağa dəvət edib. Tədbirdə iştirak edən CASCFEN sədri Azər Həsrət bir jurnalist, bloger və ekspert kimi öz təcrübəsini gənc yazarlarla bölüşüb.

“Təmiz Dünya ” İctimai Birliyinin sədri Mehriban Zeynalova layihənin adından da məlum olduğu kimi olduqca maraqlı olduğunu, insanın üzərinə məsuliyyət qoyduğunu bildirib.  Tədbirdə çıxış edən D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyeva, ATGTİ nümayəndəsi Toğrul Məmmədli Azərbaycanın xaricdə təqdimatı ilə bağlı öz təkliflərini səsləndirblər.

Media nümayəndələrindən strateq.az, modern.az saytlarının, ann.az İnformasiya Agentliyinin, publika.az saytının, “Gündəlik Teleqraf” qəzetinin  əməkdaşları tədbir barədə öz fikirlərini bildirərək, təkliflərini səsləndiriblər.

Tədbirdə ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri və media nümayəndələri mövzu ətrafında müzakirə aparıblar. 

Tedbir-Zaur-1.jpg

Strateq.az