XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 12:57

Avropa Liqası: “Qalatasaray” və “Fənərbaxça”nın rəqibləri bəlli oldu
 
Futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması keçirilib.
 
apasport-un xəbərinə görə, Türkiyə təmsilçiləri “Qalatasaray” və “Fənərbağça”nın rəqibləri bəlli olub. “Qalatasaray” İtaliyanın “Latsio” komandası ilə qarşılaşacaq. “Fənərbağça”nın rəqibi isə Rusiyanın “Lokomotiv” (Moskva) komandası olub. Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir dövrdə iki komandanın mübarizəsi əlavə prinsipiallıq qazanıb və təhlükəsizliklə bağlı narahatlıqların ortaya çıxmasına səbəb olub. 
 
Bu mərhələnin ilk qarşılaşmaları fevralın 18-də, cavab oyunları 25-də baş tutacaq:
 
1/16 final
 
“Valensiya” (İspaniya) – “Rapid” (Avstriya)
“Fiorentina” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya) – “Porto” (Portuqaliya)
“Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya)
“Anderlext” (Belçika) – “Olimpiakos” (Yunanıstan)
“Midtyulland” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə)
“Auqsburq” (Almaniya) – “Liverpul” (İngiltərə)
“Sparta” (çexiya) – “Krasnodar” (Rusiya)
“Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya)
“Syon” (İsveçrə) – “Braqa” (Portuqaliya)
“Şaxtyor” (Ukrayna) – “Şalke” (Almaniya)
“Marsel” (Fransa) –  “Atletik” (İspaniya)
“Sevilya” (İspaniya) – “Molde” (Norveç)
“Sportinq” (Portuqaliya) – “Bayer” (Almaniya)
“Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya)
“Sent-Etyenn” (Fransa) –  “Bazel” (İsveçrə)