XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 13:22

Prezidentin təyin etdiyi yeni rektor kimdir? – FOTO

Prezidentin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına təyin etdiyi rektor haqda bilgilər var. 

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, filalın rektoru Əziz Əliyev Respublika Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin oğludur. 

O, 1975-ci il yanvarın 16-sı Bakıda anadan olub. 1992-ci ildə Nyu York Universitetində təhsilə başlayıb və 1999-cu ildə həmin universiteti bitirib. 

1999–2002-ci illərdə ABŞ-ın Pitsburq Tibb Universitetində rezidentura təhsili alıb. Rezidentura müddəti ərzində üz-çənə cərrahiyyəsi, müxtəlif bölmələr və baş-boyun şişlərin cərrahiyyəsi üzrə rotasiyalardan keçib. Ə.Əliyevin ABŞ-da müdafiə etdiyi elmi işi 2003-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib, tibb elmləri namizədi dissertasiyası kimi təsdiq edilib və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib. 2006-cı ilin sentyabrından 2011-ci ilin dekabrınadək Azərbaycan Tibb Universitetinin üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışıb.  

2008-ci ilin martında “Xərçəng və şiş ərəfəsi proseslər zamanı ağız boşluğunun selikli qişasında hormonlar və molekulyar-bioloji markerlər” mövzusunda tibb elmləri doktoru dissertasiyasını uğurla müdafiə edibO, 2011-ci ildən 2013-cü ilədək Avstriyanın Barmherzigen Şvestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində çalışıb.

2013-cü ildən Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektoru vəzifəsində çalışır.

Evlidir, iki övladı var.