XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 14:28

Bakıda Azərbaycan – Türkiyə hərbi dialoqu başladı – FOTO

Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumta görə, iclasda nümayəndə heyətləri Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında əməkdaşlığın cari vəziyyətini bir daha nəzərdən keçirəcəklər. 

Toplantıda, həmçinin qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək. 

Hərbi dialoq çəçivəsində müzakirələrə sabah yekun vurulacaq.