XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 12:09

Müəllimlər üçün vakant yerlərə müsabiqədə uğur qazananların sayı açıqlanıb –Nazirlik

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsindən uğurla keçən namizədlərin sayı açıqlanıb.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqin Bağırov  bildirib ki, müsabiqənin test mərhələsində 40 minə yaxın namizəd iştirak edib. Namizədlərdən 30 minə yaxını müvafiq keçid balını toplayaraq uğur qazanıb: “İlk mərhələdə 36 baldan yuxarı nəticə göstərənlər test imtahanından keçmiş hesab olunub. Onların sayı da təxminən 30 minə yaxındır. Onlar növbəti mərhələyə-ixtisas seçimi, müsahibə mərhələlərinə buraxılıblar”.

E. Bağırov qed edib ki, test imtahanında ən yaxşı nəticə göstərənlər “Riyaziyyat”, “Coğrafiya”, “İngilis dili”, “Azərbaycan dili və ədəbiyyat” fənləri üzrə işləmək istəyənlər olub. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də ən çox vakant yer və sənəd verənlərin sayı ibtidai sinif müəllimliyi üzrə qeydə alınıb. Test imtahanında 4 nəfər 60 ballıq maksimal nəticə göstərib.