XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 00:39

Müəllim olmaq istəyən bir qrup şəxsi imtahana buraxmayıblar –Səbəb + VİDEO

Bir qrup namizəd müəllimlərin işə qəbulu imtahanından narazıdırlar. 

Strateq.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, müəllim namizədlərin imtahana buraxılmaması səbəbləri diplomlarındakı ixtisasdır.

Belə ki, xanəndəlik sahəsində təhsil aldığı əsas gətirilərək onları musiqi müəllimi işləmək üçün nəzərdə tutulan imtahana buraxmayıblar.

Onlar bildirib ki, əgər ixtisasları yararsız idisə, o zaman yaxşı olardı ki, əvvəlcədən onlara bu barədə məlumat verilərdi. Namizdədlər də bu qədər əziyyət çəkməzdi.

Gəncləri ən çox narahat edən isə indi əllərindəki diplomun nə işə yarayacağıdır.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirirlər ki, namizədlərin sadəcə olaraq qeydiyyat zamanı diqqətli olub bəzi nüanslara fikir vermələri lazım idi.

Bu o deməkdir ki, namizədlər müəllim kimi yox, diplomda yazılan ixtisas üzrə işləmək məcburiyyətindədir.