XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 11:02

Tanınmış professor Yavuz Axundlu vəfat etdi –90 yaşında

Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yavuz Axundlu vəfat edib.

Strateq.az "Report"a istinadən xəbər verir ki, o, 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Y.Axundlu 1927-ci ildə Ordubad şəhərində anadan olub. 1947-ci ildə Naxçıvan Dövlət Müəllimlər institutunun tarix-filologiya, 1952-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Uzun illər orta məktəblərdə işləyib, 1964-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

Y.Axundlu 1967-ci ildən Naxçıvan Dövlət Universitetində çalışıb. Müxtəlif illərdə tədris və elmi işlər iizrə prorektor, fakültə dekanı işləyib. 1970-ci ildən həmin universitetdə ədəbiyyat kafedrasının müdiri olub.

O, həm də Məmməd Səid Ordubadi irsinin tədqiqatçısı olub.

Allah rəhmət eləsin!