XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 16:07

DİM magistraturalara boş qalan yerlərə müsabiqənin nəticələrini –Açıqladı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb.

Strateq.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 15-də saat 15:00-dan etibarən DİM-in internet saytında – Dim.gov.az-da yerləşdirilib. 

Bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq. Magistraturanın boş qalan 2049 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1429 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 726 nəfər magistratura səviyyəsinə qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2017-ci il avqustun 17-dən 25-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.