XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2017 - 17:00

Bakıda Hindistanın müstəqilliyinin 70 illiyi qeyd olunub –FOTO

15 avqust Hindistanın müstəqilliyinin 70-ci ildönümü bu ölkənin Azərbaycandakı səfriliyində səfir Sanjay Rana tərəfindən bayrağın qaldırılması ilə qeyd olunub. 

Hindistanın milli himni səsləndirildikdən sonra səfir Rana Hindistan prezidenti Ram Nath Kovindin  Müstəqillik Günü ilə bağlı  xalqa müraciətini oxuyub.

Prezidenti Kovind müraciətində xalqını azadlıq mübarizəsindən ruhlanmağa və 2022-ci ilədək “Yeni Hindistan” yaratmağa çağırıb. O, hər bir kəsin mənzil, elektrik enerjisi və su ilə təmin olunacağı və öz arzularını reallaşdırmaq üçün geniş imkanlar əldə edəcəyini,  terrorizm, korrupsiya və cəmiyyətin təbəqələşməsindən azad, təmiz və sağlam Hindistan olacağını bildirib.

Daha sonra səfir Sanjay Rana Hindistan və Azərbaycan arasındakı əlaqələrə toxunub. O, iki ölkə arasındakı yaxın dostluq münasibətlərinin mövcud olduğunu, əməkdaşlığın iqtisadi, siyasi, sosial, humanitar, mədəniyyət və təhsil kimi bütün sahələrdə gündən-günə möhkəmləndiyini qeyd edib: “1991-ci ildə Hindistan Azərbaycanı müstəqil respublika olaraq tanıyan ilk ölkələr arasında idi. Bu il Hindistan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini Hindistan-Azərbaycan “Dostluq Festivalı” çərçivəsində hər iki ölkədə təşkil olunan bir sıra mədəni tədbirlərlə qeyd edir. İkitərəfli ticarətin həcmi 63 faizdən çox artıb.

Strateq.az