İraq və Səudiyyə Ərəbistanı 27 il bağlı olan Arar sərhəd qapısının yenidən açılması üçün razılığa gəlib.
Axar.az xəbər verir ki, İraq və Səudiyyə Ərəbistanı iki ölkə arasında 1990-cı ildən bəri bağlı olan Arar sərhəd qapısını ticarət sahəsində əməkdaşlıq məqsədilə yenidən açmağı planlaşdırır.
İraqın Anbar vilayətinin valisi Suheyb əl Ravi bunun gələcəkdəki əməkdaşlıq baxımından böyük bir başlanğıc olduğunu bildirib.
Xatırladaq ki, sərhəd qapısı İraqın keçmiş lideri Səddam Hüseynin Küveyti işğal etməsindən sonra bağlanmışdı.